Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan və Putin arasında telefon danışığı olub

Ərdoğan və Putin arasında telefon danışığı olub

Tarix: 11 Dekabr 2019 23:00

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidentinin Administrasiyası xəbər verib.

Xəbərdə deyilir: "Prezidentimiz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Onlar ilk növbədə Suriyanı, ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər".

Suriyada silahlı qarşıdurma 2011-ci ildən davam edir. 2017-ci ilin sonunda Suriya və İraqdakı "İŞİD" terror qruplaşması üzərində qələbə elan edilib. Ölkənin bəzi ərazilərində silahlılarla qarşıdurma davam edir. Bu anda siyasi nizamlanma, Suriyanın bərpası və qaçqınların geri qaytarılması həll olunası məsələlər arasında ön plandadı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ərdoğan Putin arasında telefon danışığı olub


RƏYLƏR