Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 03:20
Bakı. Trend:
Fələstin hökuməti və BMT 2020-ci ildə Fələstin ərazilərinin sakinləri üçün humanitar yardımların göstərilməsi planı üzrə fəaliyyətə başlayıblar.
Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak deyib.
F. Hak bildirib: "Fələstin hökuməti və BMT bu gün İşğal olunmuş Fələstin ərazisində 2020-ci il üçün humanitar fəaliyyət tədbirləri planı çərçivəsində Qəzza zolağı və Qərb Sahilində, o cümlədən Şərqi Qüdsdə 1.5 milyon fələstinliyə kömək üçün 348 milyon dollar toplamasına başlamışdır".
Onun sözlərinə görə, vəsaitin təxminən 76%-ı vəziyyətin çox həssas olaraq qaldığı və əhalinin demək olar ki, yarısı işsiz və ailələrin təqribən 62%-i ərzaq qıtlığı ilə üzləşən Qəzzaya ayrılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin