Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Jurnalist İbrahim Tatlısəsi biabır etdi

Jurnalist İbrahim Tatlısəsi biabır etdi

Tarix: 8 Iyul 2025 20:40

Türkiyəli müğənni İbrahim Tatlısəsin şəxsi həyatı ilə bağlı maraqlı açıqlama gündəm yaradıb. Jurnalist Burhan Akdağ "Magazin Bahane" proqramında sənətçinin 24 yaşında sünnət edildiyini bildirib.

Sonxeber.net xəbər verir ki, veriliş "Haberler.com" platformasında yayımlanıb. Aparıcılığını Gökay Kalaycıoğlu, şərhlərini isə Hakan Solakerin etdiyi proqramda Burhan Akdağ Tatlısəsin uşaqlığı, emosional quruluşu və maliyyə səhvləri ilə bağlı da danışıb.

Jurnalistin sözlərinə görə, bu maraqlı məlumat sənətçinin qardaşı Hüseyn Tatlı tərəfindən bilmədən dilə gətirilib. Akdağ qeyd edib ki, bu detal ictimaiyyətə ilk dəfədir açıqlanır.

Hazırda İbrahim Tatlısəs iddia ilə bağlı hər hansı açıqlama verməyib. Sosial şəbəkələrdə məsələ ilə bağlı müxtəlif reaksiyalar bildirilməkdədir.


Etiketlər:  Jurnalist İbrahim Tatlısəsi biabır etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ