Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2025 13:40
Amsterdam Apellyasiya Məhkəməsi Rusiyanın "Spartak Moskva" klubunun sabiq futbolçusu, niderlandlı Kvinsi Promes barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.
Xatırladaq ki, Promes iyunun 20-də Birləşmiş Ərəb Əmirliklərindən ekstradisiya olunaraq Niderlanda gətirilib və dərhal həbs edilib.
Daha əvvəl Amsterdam məhkəməsi onu iki cinayət işi üzrə təqsirli bilmişdi: qohumuna bıçaqla hücum etdiyi üçün 1,5 il, narkotik qaçaqmalçılığında iştirakına görə isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Promesin vəkilləri qərardan apellyasiya şikayəti veriblər. Şikayət üzrə məhkəmə prosesinin 2026-cı ildə keçirilməsi planlaşdırılır, lakin dəqiq tarix hələ açıqlanmayıb.