Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“130 dollar verdim, pəhriz planın ChatGPT hazırlayıb” - FOTO

“130 dollar verdim, pəhriz planın ChatGPT hazırlayıb” - FOTO

Tarix: 9 Iyul 2025 17:00

"Pəhriz proqramı üçün ödəniş etdim, daha sonra öyrəndim ki, menyunu özü yox, "ChatGPT" yazıbmış".

Sonxeber.net xəbər verir ki, bunu əvvəllər aparıcılıqla məşğul olan və hazırda ABŞ-də yaşayan Günel Musəvi (Günel Krişnan) instaqram hesabında bildirib.

O, universitet yoldaşının dələduzluğuna məruz qaldığını yazıb: "Adətən antireklam etmirəm, amma istəmirəm ki, kimsə mənim kimi aldansın. Kamranla universitetdən tanış idik, mən arıqlamaq istəyirdim, o, isə biznes qurmaq. Düşündüm ki, bir-birimizi dəstəkləyərik. Dedi ki, həkim və dietoloqlardan ibarət komanda ilə işləyir, hər şey fərdi şəkildə hazırlanır".

G. Musəvi pəhriz planı üçün 130 dollar (221 AZN) ödəniş etdiyini də qeyd edib:

 "Pulumu göndərib, analizlərimi paylaşdım. Amma nəticədə "ChatGPT"dən alınmış qrafik və pəhriz planı verildi. Bütün "komanda" sadəcə süni intellekt imiş. Uzun zamandır belə aldanmamışdım. Dərsimi aldım, siz də aldanmayın".

 

Asya


Etiketlər:  dollar verdim pəhriz planın ChatGPT hazırlayıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ