Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2025 09:48
Bakıda yeniyetmə qız itkin düşüb.
Sonxeber.net xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan E.Hüseynov 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək 14 yaşlı qızının itkin düşdüyünü bildirib.
O qeyd edib ki, iyunun 8-i saat 15 radələrində 2011-ci il təvəllüdlü qızı Rüqəyya Hüseynli birgə yaşadıqları evdən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.
Faktla bağlı Binəqədi RPİ-nin 4-cü PŞ-də araşdırma aparılır.