Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2025 16:00
"Black Sabbath" rok qrupunun və Ozzi Ozbornun təşkil etdiyi "Back to the Beginning" adlı 10 saatlıq xeyriyyə festivalında 190 milyon dollardan çox vəsait toplanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə şounun musiqi direktoru və "Rage Against The Machine" qrupunun gitaristi Tom Morello məlumat verib.
Yığılan bütün vəsaitlər əvvəlcədən söz verildiyi kimi "Cure Parkinson's" Fonduna, Birmingem Uşaq Xəstəxanası və "Acorns" uşaq hospisi üçün ayrılıb.
Konsertdə həmçinin "Metallica", "Slayer", "Pantera", "Alice in Chains", "Gojira, Anthrax", "Guns N' Roses", "Rolling Stones" kimi məşhur qruplar da çıxış edib. /Axşam.az