Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2025 19:15
Aparıcı Nanə Ağamalıyeva verilişdə başına gələn hadisəni tamaşaçılarla bölüşüb.
Sonxeber.net axşam.az-a istinadla xəbər verir ki, aparıcı proqramında bir dəfə müğənni Xanhüseyn Hüseynovun öldüyünü dediyini bildirib:
"Efirdə Xanhüseyn müəllimə rəhmət oxuyurdum. Efirdə deyirəm ki, rəhmətə gedib. Həyatımda yaşadığım şok oldu. Xanhüseyn müəllim efirə qoşulub ki, sağam. Amma efirə çıxmır. Özü də müğənni Coninin (Cahid Hüseynli) əmisidir".