Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2025 22:03
Hamiləlik dövründə qadınların əksəriyyətində ayaq və topuq nahiyəsində şişkinlik müşahidə olunur.
Sonxeber.net xəbər verir ki, bu hal əsasən fizioloji dəyişikliklərlə əlaqələndirilir və təhlükəli hesab olunmur.
Həkimlər bildirir ki, hamiləlik zamanı bədəndə qan və maye miqdarı artır. Bununla yanaşı, böyüyən uşaqlıq qarın boşluğundakı damarlara, xüsusilə ayaqlardan qayıdan venalara təzyiq göstərir. Nəticədə ayaqlarda maye toplanaraq ödem yaradır.
Şişkinliyə səbəb olan digər amillər arasında hormon səviyyəsinin dəyişməsi, damarların genişlənməsi və isti hava şəraiti də göstərilir. Xüsusilə yay aylarında bu əlamət daha da nəzərə çarpır.
Mütəxəssislər bildirir ki, hər iki ayaqda yüngül şişkinlik normal hesab olunur. Lakin şişkinlik yalnız bir ayaqda yaranıbsa, ağrılıdırsa və ya digər narahatedici əlamətlərlə müşayiət olunursa, bu halda dərhal həkimə müraciət edilməlidir. Bu cür hallar bəzi hallarda ciddi risklərin göstəricisi ola bilər.