Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev: Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Hikmət Hacıyev: Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Tarix: 12 Dekabr 2019 11:38

Bakı. Samir Əli - Trend:

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam etdirilsə də, Ermənistan yenə də destruktiv siyasətini davam etdirməkdədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır: "İlk növbədə, Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirməkdədir".

Azərbaycan və Ermənistan jurnalistlərin qarşılıqlı səfərlərinə gəlincə isə H.Hacıyev bildirib ki, erməni jurnalistlərin Azərbaycana səfər edərək, öz gözləri ilə gördükləri barədə erməni ictimaiyyətini məlumatlandırması vacib şərtlərdən biridir: "Nəzərə almalıyıq ki, Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasları və səbəbləri ciddi şəkildə təhrif edilir. Belə bir şəraitdə münaqişə ilə bağlı Azərbaycanın baxışı barədə jurnalistlərin Ermənistan ictimaiyyətini məlumatlandırmasına bir zərurət və ehtiyac var idi. Bu əsasda da ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Bu, həyata keçirilən ilk təşəbbüslərdən biri idi. Azərbaycan və Ermənistan QHT-lərinin qarşılıqlı səfərlərinə dair təşəbbüslər barədə isə hələlik məlumat yoxdur”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Hikmət Hacıyev Ermənistan danışıqlar prosesinə digər şəkildə maneələr yaratmaqdadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ