Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2025 15:10
Anxel Di Mariya "Rosario Sentral" klubuna qayıtdıqdan sonra ilk matçında zədələnib.
Sonxeber.net xəbər verir ki, Argentina çempionatında "Rosario Sentral" "Qodoy Krus" ilə heç-heçə edib (1:1).
79-cu dəqiqədə Di Mariya penaltini reallaşdırıb, 10 dəqiqə sonra isə zədə səbəbindən əvəzlənib.
Futbolçu meydanı özü tərk edə bilməyib və onu xərəklə aparıblar.
Di Mariya "Rosario Sentral" klubunun akademiyasının məzunudur. O, 2006-2007-ci illərdə adıçəilən klubun əsas heyətində oynayıb. Bu müddət ərzində Di Maria bütün turnirlərdə 39 matçda iştirak edib, altı qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. /report.az