Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

14,8 milyard dollar qazandıran aktrisa

14,8 milyard dollar qazandıran aktrisa

Tarix: 14 Iyul 2025 04:05

Hollivud ulduzu Skarlet Yohansson kino tarixində ən çox kassa gəliri gətirən aktrisa seçilib.

Sonxeber.net xəbər verir ki, bu nəticə Yohanssonun rol aldığı "Yura Dünyası: Dirçəliş" filminin premyerasından sonra qeydə alınıb. Film dünya prokatında ilk altı gündə 318 milyon dollar gəlir əldə edib. 

Aktrisanın çəkildiyi bütün filmlərin ümumi gəliri 14,8 milyard dollar təşkil edir.

Bunun 8,7 milyard dollarını isə "Qisasçılar" (Avengers) seriyası və "Kapitan Amerika: Vətəndaş müharibəsi" filmləri qazandırıb. /Axşam.az 


Etiketlər:  milyard dollar qazandıran aktrisa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ