Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2025 00:12
Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, ötən ilin iyulunda pop-MMA turnirində Rzayev rinqdə olarkən rəqibini "rus donuzu" adlandıraraq təhqir edib.
Bu insidentdən sonra onun Rusiya vətəndaşlığının əlindən alınması tələb olunub.
Daha sonra idmançı "əsəbləri" əsas gətirərək üzr istəsə də, Rusiya hakimiyyəti onu deportasiya etmək qərarına gəlib.