Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçildi

Ronaldu 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçildi

Tarix: 17 Iyul 2025 21:46

Portuqaliya millisinin və "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Sonxeber.net xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı çempionatının sosial şəbəkə hesablarında məlumat yayılıb.

40 yaşlı forvard azarkeşlər tərəfindən mövsümün ən yaxşısı adına layiq görülüb.

Mövsüm ərzində Ronaldu 15 dəfə matçın ən yaxşı oyunçusu seçilib. O, Səudiyyə Ərəbistanı Pro Liqasında 30 oyun keçirib, 25 qol vurub və bununla da turnirin bombardiri olub.

Həmçinin onun çempionatın 27-ci turunda "Ər-Riyad"la oyunda (2:1) cərimə zərbəsindən vurduğu qol da 2024/25 mövsümünün ən yaxşı qolu kimi tanınıb. Beləliklə, Ronaldu mövsümdə üç fərdi mükafat qazanıb.

 


Etiketlər:  Ronaldu 202425 mövsümünün yaxşı futbolçusu seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ