Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Bizim etibarlı tərəfdaş imicimiz var

İlham Əliyev: Bizim etibarlı tərəfdaş imicimiz var

Tarix: 19 Iyul 2025 18:32

Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik və təhlükəsizlik, inkişaf üçün perspektivlər daha aydın və genişdir. Yəni, bağlantı layihələrinin təşviqi baxımından bu, mühüm amildir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

Qonşularla xoş münasibətlər olmadığı təqdirdə ölkənin tranzit ölkə ola bilməyəcəyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də aktiv diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Son 10 il ərzində biz etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu günə qədər də bu, məhz belə olmuşdur".


Etiketlər:  İlham Əliyev Bizim etibarlı tərəfdaş imicimiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ