Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük

Prezident: ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük

Tarix: 19 Iyul 2025 19:08

İndi biz ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük. Biz Vaşinqtondan müsbət mesajları alırıq, o cümlədən Azərbaycanın da buna mesajları çox müsbətdir. Bizim tərəfdaşlığımızın çox zəngin tarixi var.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

"Biz Cənubi Qafqazda gedən proseslərdə Amerikanın fəal iştirak etmək cəhdini görürük. Onlar istəyirlər ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişənin tamamilə aradan qaldırılmasına öz töhfələrini versinlər. Düşünürəm ki, gələcəkdə biz daha çox xoş xəbərləri eşidəcəyik", - deyə dövlətimizin başçısı vurğulayıb.


Etiketlər:  Prezident ABŞ güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ