Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2025 20:45
Amazon-un qurucusu və dünyanın ən varlı insanlarından biri olan Jeff Bezos İtaliyanın Venesiya şəhərindəki lüks Aman Venice otelində hər kəsi təəccübləndirib.
Sonxeber.net xəbər verir ki, yerli Il Messaggero qəzetinin məlumatına görə, Bezos otelin əməkdaşlarına ümumilikdə 52.000 dollar (təxminən 45.000 avro) məbləğində bəxşiş verib. Milyarder işçilərə bu səxavətli hədiyyəni Venesiyada keçirilən dəbdəbəli toy mərasimi zamanı təqdim edib.
Bezos bununla kifayətlənməyərək, Venesiya lagunasının qorunması ilə məşğul olan qeyri-kommersiya təşkilatlarına da 3 milyon dollar ianə vəd edib.