Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir

Prezident: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir

Tarix: 19 Iyul 2025 21:24

Düşünürəm ki, Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə bir tarixi presedentdir. Mənə elə gəlir ki, bu, həmin əhvalatın sonu deyil, başlanğıcıdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

"Bizim neokonizmlə bağlı mövqeyimiz tam aydındır. Bu o deməkdir ki, bu, hər hansı ikitərəfli gündəliyə bağlı olan bir məsələ deyil", - deyən dövlətimizin başçısı vurğulayıb ki, Qoşulmama Hərəkatının sədri kimi elə sədrliyimizin ilk ilində dekolonizasiyanı təşviq edirdik və müstəmləkə olan sahələrin müstəqilliyi, onların ədalətə qovuşması, beynəlxalq təşkilatlar tərəfindən müstəqil qərarların qəbul olunmasının carçısı idik.


Etiketlər:  Prezident Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ