Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsti havada səhnə geyimi bəyənilmədi

İsti havada səhnə geyimi bəyənilmədi

Tarix: 21 Iyul 2025 23:00

Türkiyəli müğənni Sibel Can bu dəfə geyimi ilə gündəmə gəlib.

Sonxeber.net xəbər verir ki, Harbiye Açıq Hava Festivalında ifa edən müğənninin geyimi müzakirə yaradıb. İsti havada seçdyi səhnə geyimi bəyənilməyib.

Onun ünvanına "Sibel Canın səsi gözəldir. Buna bir sözümüz yoxdur. Amma 50 dərəcə istidə bu geyim olmayıb", "Modelyerini təcili dəyişdir", "Kilolarını gizlətmək üçün geyinib", "Bu istidə bu nə geyimdir?", "Sibel Can geyimin içində itib-batıb", "Getdikcə özünü Bülənt Ərsoya oxşadır", "Yayda belə geyim olar? Verdiyi pula heyifdir", "Bu istidə mənə milyon da versələr bunu geyinmərəm", "Səsi nə qədər gözəldirsə, geyimi də bir o qədər pisdir" kimi şərhlər yazılıb.


Etiketlər:  İsti havada səhnə geyimi bəyənilmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ