Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2025 10:00
Türkiyəli məşhur müğənni Özcan Denizin bütün əmlakına həbs qoyulub.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun qardaşının borclarına zamin durması olub. Məşhurun bank hesablarına da məhkəmə qərarı ilə həbs qoyulub.
Borcu olan banklar birbaşa zamin kimi Özcan Denizin gəlir və əmlakına yönələrək icra prosesinə başlayıblar.
Sənətçinin hüquq komandasının bu qərara qarşı məhkəmədə hüquqi prosedura başladığı bildirilir.
Sənətçi Kiprdə verdiyi konsertdə ailəsinə üstüörtülü şəkildə mesaj göndərib. Qardaşından və bacısından gileylənən Özcan "İnsan ən çox ən yaxını ilə sınağa çəkilər" deyib.
Özcan 22 il menecerliyini edən qardaşı Ercan Deniz ilə yollarını ayırdıqdan sonra şəxsi və peşəkar həyatında çətinliklərlə qarşılaşıb.
Qardaşlar arasında qalmaqala torpaq sənədlərinin keçirilməsi ilə bağlı anlaşılmazlıqlar və təhdid xarakterli ifadələr də aiddir.
Hüseyn