Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nəsə olan kimi məni sənətimlə vururlar''

''Nəsə olan kimi məni sənətimlə vururlar''

Tarix: 7 Avqust 2025 08:10

Xəbər verdiyimiz kimi, rəqqasə Rəna Ağamuradova (Renka) blogerləri ələ salıb. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi sözügedən açıqlamasının ardından blogerlər tərəfindən tənqid olunmasına münasibət bildirib:

"Həmin videodan sonra hamı məndən küsüb. Balaca blogerlər məni paylaşıb ünvanıma təhqir yazırlar. Bir şey olan kimi də məni sənətimlə vururlar. Beyinləri yoxdur, başqa nə ilə etsinlər? Nəsə demişəmsə, bu, mənim şəxsi fikrimdir. Azərbaycanca danışmışam deyə başa düşməmisiniz. Nəsə demişəmsə, əcəb eləmişəm. Köhnə blogerlərə nəsə deməmişəm. Onlar niyə küsürlər, anlamıram. Özünüzə əl qatmısınız. Bu sadəcə sizə məsləhət idi. Yeni çıxan blogerlər and içirəm ki, maraqsızdırlar. Mən də istəyirəm ki, maraqlı nəsə çəkəsəiniz. Niyə özünüzü bu qədər zəif göstərirsiniz? Deyilənlərin sizə necə təsir etdiyini büruzə verməyin. Şou-biznesdə olsanız, nə edərsiniz? Dava-dalaşlarımızı görsəniz... Sonra da öpüşüb-görüşürük. Nəsə deyəndə də cavab veririk ki, "əcəb eləmişəm". 


Etiketlər:  Nəsə olan kimi məni sənətimlə vururlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ