Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2025 13:30
Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
Sonxeber.net xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yeri tutub. Qonşu pillələrdə olan Ukrayna (19.600) 27-ci, Rusiya isə (18.299) 29-cu sıradadır.
UEFA reytinqində İngiltərə (94.839) liderdir.
Qeyd edək ki, bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə "Şkendiya"nı (Şimali Makedoniya) məğlub edib - 1:0.
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mçərhələsində Bolqarıstanın "Levski" klubuna 0:1 hesabı ilə uduzub.
"Araz-Naxçıvan" isə Bakıda Kiprin "Omoniya" komandasına böyük hesabla yenilib - 0:4.