Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''da Benzemanın tərlətdiyi formanı o geyinəcək - FOTO

''Real''da Benzemanın tərlətdiyi formanı o geyinəcək - FOTO

Tarix: 9 Avqust 2025 15:48

"Real Madrid"də 9 nömrəli formanın gənc Qonsalo Qarsiyaya veriləcəyinə görə narazı olan Endrik arzusuna çatıb.

Sonxeber.net xəbər verir ki, braziliyalı hücumçu 10 nömrəni götürən Kilian Mbappenin boşaltdığı formaya sahib çıxıb.

"Real Madrid" ərköyün forvardı küsdürməmək üçün belə addım atıb. İndi o, Mbappedən əvvəl 13 il Kərim Benzemanın tərlətdiyi formada oynayacaq.

Endrik "Real Sosyedad"a icarəyə göndərilmək variantına da razı olmayıb. O, əsas heyətə düşmək uğrunda mübarizə aparmaq niyyətindədir.

Yeri gəlmişkən, "Real Madrid" Qarsiyaya da jest edib. Klublararası dünya çempionatında parlayan hücumçu ilə müqavilənin müddət 2030-cu ilin yayınadək uzadılıb. Onunla anlaşmaya bir milyard avroluq satınalma bəndi salınıb.  /Oxu.Az


Etiketlər:  Realda Benzemanın tərlətdiyi formanı geyinəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ