Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2025 20:54
"Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri təkcə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə yüksəlməsi deyil, həm də illərdir Bayden-Blinken Administrasiyası, Fransa Prezidenti Makronun, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və s. digər dairələr tərəfindən Azərbaycana qarşı yürüdülən təzyiq siyasətinin tam iflası oldu".
Bunu mediaya açıqlamasımda Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin ABŞ-a səfərini şərh edərkən deyib.
Ekspert bildirib ki, dünən hələ də Azərbaycanla "tələb və diktə" dilində danışmağa çalışanlar bu gün reallığı qəbul etmək məcburiyyətindədirlər. Tarixi qələbə qazanmış ölkə rəhbəri İlham Əliyev diktə edən yox, şərtləri müəyyən edən tərəf olduğunu bir daha göstərdi.
"Bu, həm qalib Prezidentin, həm də milli diplomatiyamızın uğur strategiyasının məntiqi nəticəsidir. Regionda sülhün və əməkdaşlığın gerçəkləşməsi üçün Bakı faktoru həlledici rola sahibdir. ABŞ səfəri göstərdi ki, Azərbaycanın mövqeyi artıq danışıqlar masasında deyil, beynəlxalq siyasətin mərkəzindədir.
Tarix bir daha sübut etdi ki, İlham Əliyev həm qalib sərkərdə, həm də qalib diplomatiyanın simvoludur,"-deyə B. Quliyev bildirib.