Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Kim Çen In ilə telefonla danışdı

Putin Kim Çen In ilə telefonla danışdı

Tarix: 12 Avqust 2025 22:30

Rusiya Prezidenti Vladimir Putin ilə Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In arasında telefon danışığı baş tutub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Kremlin "Telegram" kanalında məlumat yer alıb.

Tərəflər 19 iyun 2024-cü ildə Pxenyanda imzalanmış Rusiya ilə KXDR arasında genişmiqyaslı strateji tərəfdaşlıq haqqında Müqavilə çərçivəsində dostluq, qonşuluq və əməkdaşlığın inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyiblər.

Putin, həmçinin Kursk vilayətinin azad olunmasında KXDR-nin göstərdiyi dəstək və əsgərlərin qəhrəmanlığına yüksək qiymət verib.

Telefon danışığı zamanı Rusiya Prezidenti ABŞ Prezidenti Donald Trampla keçiriləcək danışıqlar barədə də məlumat verib.

Danışıqların sonunda hər iki lider gələcək şəxsi əlaqələrin davam etdirilməsinə dair razılığa gəlib.


Etiketlər:  Putin Çen ilə telefonla danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ