Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2019 04:28
Bakı. Trend:
Ağ Ev son aylar ərzində ölkə prezidenti Donald Trampın digər dövlətlərin liderləri ilə söhbətlərini dinləməyə icazəsi olan şəxslərin sayını azaldıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ABŞ administrasiyasının məqsədi bu söhbətlərlə bağlı məlumatların sızmasının qarşısını almaqdır.
Məlumata əsasən, hazırda D.Trampın danışıqlarını ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen, onun müavini Mett Pottinger, ABŞ dövlət katibi Mayk Pompeo, Ağ Ev apparatının rəhbəri vəzifəsini icra edən Mik Malveni və onun müavini Rob Bler.
Qeyd edilir ki, Donald Trampın digər dövlətlərin liderləri ilə söhbətlərini dinləməyə icazəsi olan şəxslərin siyahısını Robert O'Brayen hazırlayır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin