Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2019 15:48
Bakı. Rufiz Hafizoğlu - Trend:
2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,94 faiz artaraq 108,767 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Noyabr ayında polad ixracı 2018-ci ilin noyabrı ilə müqayisədə 30,77 faiz artıb və 10,653 milyon dollara bərabər olub.
Bu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana ixrac 1,429 milyard dollar təşkil edib. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,13 faiz çoxdur.
Noyabr ayında Türkiyədən Azərbaycana ixrac 157,499 milyon dollara bərabər olub ki, bu da ötən ilin noyabrı ilə müqayisədə 24,76 faiz çoxdur.
Bu ilin 11 ayı ərzində Türkiyə 72,135 milyard dollar məbləğində polad ixrac edib. Bu, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,99 faiz çoxdur.
Noyabr ayında Türkiyədən polad ixracı 5,703 milyon dollara bərabər olub ki, bu da ötən ilin noyabrı ilə müqayisədə 36,05 faiz azdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin