Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı əkiz bacılar Moskva toylarının sevimlisinə çevriliblər

Azərbaycanlı əkiz bacılar Moskva toylarının sevimlisinə çevriliblər

Tarix: 15 Dekabr 2019 19:30

 Azərbaycanlı müğənnilər Sevil və Sevinc Səfərova bacıları "Can Yarim" adlı yeni mahnıları ilə Rusiyada yaşayan azərbaycanlılar arasında şöhrət qazanmağa başlayıblar. İndi onlar Moskvadakı toylarda oxumağa dəvət edilirlər.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, müğənnilər bu barədə "Instagram"-dakı səhifələrində paylaşıblar. Onlar Moskvadakı çıxışlarının çarxlarını da sosial şəbəkədə davamlı olaraq bölüşürlər. Sözügedən kompozisiya qısa zamanda təkcə Azərbaycanda deyil, Rusiyadakı azərbaycanlılar arasında da populyarlıq qazanıb. Mahnının klipinə artıq "YouTube"-da 3 milyondan çox adam baxıb.

"Mahnılarımızın hitə çevrilməsi həmişə xoşumuza gəlir. Biz zəhmət çəkirik və öz zəhmətimizin bəhrəsini də görürük. Bizə Rusiyadan çox sayda müsbət rəylər gəlir. Bu mahnını böyük məmnuniyyətlə Moskvadakı toylarda oxuyuruq. Bu, bir daha göstərir ki, musiqi yeganə ümumdünya dilidir", - Səfərova bacıları öz sosial şəbəkə hesablarında yazıblar.


Etiketlər:  Azərbaycanlı əkiz bacılar Moskva toylarının sevimlisinə çevriliblər


RƏYLƏR