Tarix: 9 May 2019 13:40
Azərbaycan Premyer Liqasının 26-cı turunun "Qəbələ" ilə oyununda (2:1) dizindən zədələnən "Səbail"in qapıçısı Oleksandr Rıbka Ankarada əməliyyat olunub.
Qol.az-ın məlumatına görə, bu barədə ukraynalı qolkiper özü məlumat verib. Şəxsi "İnstaqram" hesabında əməliyyatdan sonrakı fotosunu paylaşan Rıbka artıq evə buraxıldığını yazıb. Hamıya təşəkkür edən qapıçı özünə olan diqqətdən razı qaldığını bildirib.
Qeyd edək ki, Rıbka bir neçə gün öncə "Səbail"lə yeni 2 illik müqavilə bağlayıb.