Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

150-ci dəfə qələbə sevinci yaşadı

150-ci dəfə qələbə sevinci yaşadı

Tarix: 15 Dekabr 2019 21:12

"Liverpul" İngiltərə Premyer Liqasının 17-ci turunda "Uotford"u 2:0 hesabıyla məğlub edib. Sonxeber.net matc.az-a istinadən bildirir ki, bu qələbə mersisaydlıların yarımmüdafiəçisi Cordan Henderson üçün əlamətdar olub.

İngiltərəli futbolçu "Liverpul"un heyətində 150-ci qələbəsini qazanıb. Henderson "qırmızılar"ın heyətində 150 qələbə qazanan 4-cü futbolçu olub. O, bu göstəricidə Sami Hyupiya, Cimi Karrager və Stiven Cerrardan geri qalır.
 
2011-ci ildə "Sanderlend"dən "Liverpul"a transfer olunan 29 yaşlı futbolçu, cari mövsümdə iştirak etdiyi 22 oyunda 1 qol, 2 məshuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  dəfə qələbə sevinci yaşadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ