Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eddi qırmızı vərəqə aldı - oyun yarımçıq dayandırıldı

Eddi qırmızı vərəqə aldı - oyun yarımçıq dayandırıldı

Tarix: 16 Dekabr 2019 02:08

Millimizin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasının 20-ci turunda "Rayo Valyekano" ilə səfər matçı yarımçıq dayandırılıb.

Qol.az xəbər verir ki, buna qonaq komandanın futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirlərinə məruz qalması səbəb olub. İlk hissənin əvvəlində meydan sahiblərinin azarkeşləri ukraynalı hücumçunun ünvanına təhqiramiz ifadələr səsləndirməyə başlayıblar. Onlar "Zozulya, sən nasistsən" deyə qışqırıblar. İnsident üzündən referi matçı bir neçə dəqiqəlik dayandırıb. Stadionda elan olunub ki, şüarlar dayandırılmasa, oyun dayandırılacaq.

Fasilədən sonra isə "Albasete" futbolçuları komanda yoldaşlarına dəstək əlaməti olaraq, ikinci hissəyə çıxmayıblar. La Liqanın razılığa ilə görüşün sonadək oynanılmayacağına qərar verilib.

Qeyd edək ki, oyuna start heyətdə daxil olmuş Eddi İsrafilov 45+4-cü dəqiqədə qırmızı vərəqə alıb.

 


Etiketlər:  Eddi qırmızı vərəqə aldı oyun yarımçıq dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ