Tarix: 9 May 2019 15:08
Mövsümün sonunda "Səbail"dən ayrılacağını açıqlayan Ruslan Qurbanov karyerasını ölkə xaricində davam etdirəcək.Bu barədə Qol.az-a hücumçu özü məlumat verib. O bildirib ki, üç ölkədən - Kipr, Yunanıstan və Polşadan təklifləri var:
"Danışıq apardığım klubların hamısı xarici ölkə təmsilçiləridir. Hələ bu barədə heç nə deyə bilmərəm. Sadəcə, onu söyləyim ki, Yunanıstan, Kipr və Polşa komandalarıdır. Bu ölkələrdən birinə gedə bilərəm. Heç nəyə görə narahat deyiləm. Bu işlərlə menecerim məşğul olur. Necə olacağını zaman göstərəcək".
Qeyd edək ki, Ruslan "Səbail"ə ötən yay keçmişdi.