Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' ''Sumqayıt''a qalib gəlir - Yenilənir

''Neftçi'' ''Sumqayıt''a qalib gəlir - Yenilənir

Tarix: 15 Dekabr 2025 19:58

Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

Əvvəlcə "İmişli" Karvan-Yevlax"ı qəbul edib. Qubada keçirilən görüş 1:1 hesabı ilə bitib. Komandaların ilk dövrədəki oyununda "İmişli" 3:0 hesablı qələbə qazanıb.

Günün və turun son matçında "Neftçi" "Sumqayıt"ı qəbul edir. Bu komandaların ilk dövrədəki oyununda "Neftçi" üstün olub - 2:0. Bugünkü görüş "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub üçün "ağ-qaralar"da debüt matçı olacaq.

15 dekabr (bazar ertəsi) 

19:00. “Neftçi” – “Sumqayıt” - 1:0 (Fasilə)

Qol:  İmad Faraj, 34
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
“Palms Sports Arena”

14:00. “İmişli” – “Karvan-Yevlax” - 1:1

Qollar: Dioqo Almeyda, 29 (1:0), Vadim Abdullayev, 39 (1:1)
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Quba OİK stadionu

13 dekabr (şənbə)

“Turan Tovuz” - “Sabah” - 1:3

“Şamaxı” - “Zirə” - 2:1

14 dekabr (bazar)

“Qarabağ” – “Araz-Naxçıvan” - 5:1

“Kəpəz” – “Qəbələ” - 1:0

Bombardirlər:
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol
Coy-Lens Mikels (“Sabah”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 6 qol
Toral Bayramov (“Qarabağ”) - 5 qol
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qol


Etiketlər:  Neftçi Sumqayıta qalib gəlir Yenilənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ