Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 21:42
ABŞ-da məktəblərin birində 7 yaşlı uşağa işgəncə verilməsi ilə bağlı görüntülər insanların sərt təpkisinə səbəb olub.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,uşağa işgəncə verən şəxs sonradan intihar edib.
Belə ki, ABŞ-da məktəblərin birində uşaqların cəzalandırılması üçün nəzərdə tutulmuş otaqda 7 yaşlı uşağa işgəncə verilməsi ölkəni ayağa qaldırıb. Olayın görüntüləri yayıldıqdan sonra cinayət işi başladılıb. İllinois əyalətində "Gages Lake" adlı məktəbdə baş verən hadisə ABŞ mediasında işıqlandırıldıqdan sonra ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalara başlanılıb.
Müəllimi tərəfindən şiddətə məruz qalıb
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, məktəbdə uşaqların cəzalandırılması üçün əlavə gizli otaq tikilib. Çəkilən görüntülərdən də məlum olub ki, 7 yaşlı uşaq həmin otağa salınaraq Cennifer Aquirre adlı müəllimə tərəfindən şiddətə məruz qalıb.