Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələcəyin əsas internet təhdidləri açıqlanıb

Gələcəyin əsas internet təhdidləri açıqlanıb

Tarix: 17 Dekabr 2019 07:32

Kibertəhlükəsizlik sahəsində işləyən mütəxəssislər 2020-ci ildə istifadəçiləri kiberməkanda gözləyən təhdidlərin əsas kateqoriyalarını açıqlayıblar. Bu haqda "Avast" şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, gələcəkdə cinayətkarlar qurğulara müdaxilə etmək üçün yeni mürəkkəb üsullar axtarıb tapacaqlar. Gələcəyin ən ehtimal edilən problemləri arasında casusluq, poçt oğurluğu, təhlükəli e-poçt göndərmələri və uzaq məsafədən müdaxiləyə imkan verən boşluqlardan istifadəni qeyd etmək olar.

"Apple"ın istehsalı olan qurğularda boşluqlar internetdə ikinci trend olacaq. Həm hakerlər, həm də tədqiqatçılar sözügedən qurğularda boşluqların axtarışı ilə fəal məşğul olurlar. Bundan başqa, hakerlər "iOS" və "Android" üçün saxta və ya təhlükəli proqramlara, ödənişli abunələrə və reklam proqramlarına böyük önəm verirlər.


Etiketlər:  Gələcəyin əsas internet təhdidləri açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ