Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb

Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb

Tarix: 17 Dekabr 2019 09:40

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfərlərin sayı artıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, bu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 57,1 faiz artıb.

İdarədən bildiriblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün səfər edənlərin sayı 44 nəfər olub.

Ümumilikdə hesabat dövründə 18 053 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 19 faiz azdır.


Etiketlər:  Türkiyədən Azərbaycana tapmaq üçün gələnlərin sayı artıb


RƏYLƏR