Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dubayda dünyanın ən hündür oteli açılacaq - VİDEO

Dubayda dünyanın ən hündür oteli açılacaq - VİDEO

Tarix: 17 Dekabr 2019 20:02

2022-ci ilin sonunda və ya 2023-cü ilin əvvəlində Dubayın "Dubai Marina" rayonunda dünyanın ən hündür oteli - "Ciel" açılacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "russianemirates.com" yazıb.

360 metrlik yeni bina 82 mərtəbədən ibarət olacaq və hazırkı rekordçu - "Gevora" otelini cəmi 4 metr üstələyəcək.1209 lüks otaqlı oteli "The First Group" şirkəti ucaldır. Binanın memarı qismində "Norr" bürosu çıxış edir.

Müasir interyerlərdə yaşıllıq üstünlük təşkil edəcək. Otelin digər özəllikləri barədə məlumat yaxın zamanda açıqlanacaq. 


Etiketlər:  Dubayda dünyanın ən hündür oteli açılacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ