Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 07:08
"Boeing" şirkəti gələn ilin yanvarından etibarən "737 MAX" tipli avialaynerlərin istehsalını dayandırmaq qərarına gəlib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumatda deyilir ki, sertifikatlaşdırma 2020-ci ilə qədər təxirə salındığından "Boeing" şirkəti "737 MAX" tipli təyyarələrin istehsalını gələn ilin yanvarından dayandırır. İstehsalın azaldılması mövcud təyyarələrin tədarükünə diqqət yetirməyə imkan verir.
Xatırladaq ki, "737 MAX" model təyyarələrin uçuşları martda, iki ardıcılı aviaqəzadan sonra dayandırılıb. Qəzalara səbəb kimi düzgün işləməyən proqram təminatı göstərilib.