Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyi Xaçmazda fəaliyyətə başlayıb

Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyi Xaçmazda fəaliyyətə başlayıb

Tarix: 18 Dekabr 2019 13:58

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi 17 dekabr tarixində Xaçmaz rayonunda yerləşən Heydər Əliyev mərkəzində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.

Milli.Az xəbər verir ki, açılış tədbirində çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.
Bildirilib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Çıxış edənlər Prezident İlham Əliyevin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyini vurğulayıb, gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.

Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı, Şəmkir, Bərdə və Ağcabədi rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzləri fəaliyyətə başlayıb. Bu ilin sonuna kimi isə Xaçmazla yanaşı Goranboy, Yevlax və Lənkəranda da Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.


Etiketlər:  Gənclərin İnkişaf Karyera Mərkəzinin növbəti nümayəndəliyi Xaçmazda fəaliyyətə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ