Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 17:50
"Əfqanıstanda vəziyyət pisləşməkdə davam edir, orada Rusiyada qadağan olunan İŞİD terror təşkilatı möhkəmlənir".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tehranda Əfqanıstan probleminin müzakirəsinə həsr olunan təhlükəsizlik şuraları katiblərinin görüşündə deyib.
"İŞİD-çilərin əsas səyləri öz mövqelərini Əfqanıstanın şimalında cəmləşdirməkdir. Hansı ki, Tacikistan və Türkmənistan vasitəsi ilə Mərkəzi Asiya regionuna soxulmaq üçün plastdarm hazırlamaqdan ötrü ora iki mindən çox döyüşçü toplanıb. Döyüşçülərin əsas məqsədi özündə Mərkəzi Asiya ölkələri və Əfqanıstan ərazilərini birləşdirən Böyük Xorasan adlandırılan dövlətin yaradılmasıdır", - deyə N. Patruşev vurğulayıb.