Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AFFA rəhbərliyi Prosineçkiyə təklif göndərib” - Menecerindən açıqlama

“AFFA rəhbərliyi Prosineçkiyə təklif göndərib” - Menecerindən açıqlama

Tarix: 18 Dekabr 2019 19:08

“AFFA rəhbərliyi birbaşa olaraq Robert Prosineçki ilə görüşüb”.

Qol.az xəbər verir ki, bunu xorvatiyalı məşqçinin meneceri Yaşar Çalışır deyib.

Prosineçkinin yenidən millimizi çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən türkiyəli agentin sözlərinə görə, AFFA 50 yaşlı mütəxəssisə təklif göndərib: “AFFA rəsmiləri Prosineçkiyə rəsmi təklif göndərib. Amma Robertin alternativ variantları var. Son qərarı Prosineçki verəcək. Ətraflı çox məlumat verə bilmərəm”.

Qeyd edək ki, Prosineçki daha öncə millimizə Yaşar Çalışarın vasitəsiylə gətirilmişdi (qafqazinfo.az).

 


Etiketlər:  AFFA rəhbərliyi Prosineçkiyə təklif göndərib Menecerindən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ