Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 23:06
Fransa Prezidenti Emmanuel Makron ümummilli tətillərə səbəb olan pensiya islahatı layihəsindən imtina etməyəcək, lakin onda dəyişiklik etməyə hazırdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yelisey sarayındakı mənbə məlumat yayıb. "Prezidentin islahat layihəsindən imtina etmək niyyəti yoxdur. O, layihəni təhrif etməsə də, yaxşılaşdırmağa hazırdır", - deyə Fransa liderinin administrasiyasındakı mənbə bildirib.
Onun sözlərinə görə, dövlət başçısı Milad bayramınadək "atəşkəsin" əldə olunacağına və tətillərin dayanacağına ümidvardır. Bununla yanaşı, həmkarlar ittifaqlarının bəzi nümayəndələri hökumətin islahatlardan imtina etməyəcəyi təqdirdə tətilləri dayandırmayacaqlarını bildiriblər.