Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 09:30
2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyənin türkdilli ölkələrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 3,819 milyard dollar təşkil edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, oktyabr ayında Türkiyədən türkdilli ölkələrə ixrac 2018-ci ilin oktyabrı ilə müqayisədə 28,7 faiz artıb və 344,522 milyon dollara bərabər olub.
2019-cu ilin yanvar-oktyabr aylarında türkdilli ölkələrdən Türkiyəyə idxal ötən ilin eyn dövrü ilə müqayisədə 6,9 faiz artaraq 2,634 milyard dollar təşkil edib.
Oktyabr ayında türkdilli ölkələrdən Türkiyəyə idxal 2018-ci ilin oktyabrı ilə müqayisədə 19 faiz artıb və 212,328 milyon dollara bərabər olub.
2019-cu ilin oktyabrında Türkiyənin xarici ticarət dövriyyəsi 34,515 milyard dollar təşkil edib.