Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 12:52
12:50
Dekabrın 18-də saat 20 radələrində Balakən rayonunun Yeni Şərif kəndində yaşayan M.Bağmanovun odlu silahla 4 nəfərə xəsarət yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumat görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Bağmanovun evində ov tüfəngindən açdığı atəşlə oğluna, qızına, azyaşlı nəvəsinə və orada qonaq olan qonşusuna xəsarət yetirdiyi müəyyən edilib.
M.Bağmanovun oğlu və qızı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Görülmüş tədbirlərlə adam öldürməyə cəhd etməkdə şübhəli bilinən M.Bağmanov saxlanılıb, ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
--------
12:05
Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, güllələnmə ilə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib: "Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib".
Xatırladaq ki, Balakən rayonunda Yeni Şərif kəndində, kənd sakini, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədov oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhmədov Bağmanovu evində stol arxasında oturduğu yerdə arxadan güllələyib. Ov tüfəngindən açılan atəş nəticəsində Ə.Bağmanov ağır yaralanıb. Hadisə nəticəsində stolun ətrafında oturan 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicət Əhmədov qızı Bağmanova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbova da yaralanıb.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
---------
09:39
Balakən rayonunda güllələnmə hadisəsi qeydə alınıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yeni Şərif kəndində baş verib.
1966-cı il təvəllüdlü Məhəmməd Əhmədov oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhmədov Bağmanovu evində stol arxasında oturduğu yerdə arxadan güllələyib. Ov tüfəngindən açılan atəş nəticəsində Ə.Bağmanov ağır yaralanıb. Hadisə nəticəsində stolun ətrafında oturan 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicət Əhmədov qızı Bağmanova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbova da yaralanıb.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və zəruri ekspertizalar təyin edilib.