Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 12:04
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı Nəqliyyat Agentliyi 2019-cu il ərzində "Vətəndaş məmnuniyyəti"nin təmin edilməsi istiqamətində görülən işlərin hesabatını yayımlayıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, hesabatda qeyd edilir ki, cari ildə vətəndaşlar tərəfindən quruma 9 min 84 müraciət daxil olub, onlardan 6 min 936-sı cavablandırılıb.
İl ərzində 50 min 940 zəng qəbul edilib, 318 məlumat ictimaiyyətə yayımlanıb.
Həmçinin sosial şəbəkə üzərindən 7 min 25 müraciətə cavab verilib, 195 vətəndaş qəbul edilərək müraciətləri cavablandırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin