Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 13:40
Azərbaycan dünyada az sayda ölkələrdən biridir ki, xarici ticarətdə müsbət saldosu var.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda deyib.
Z.Səmədzadə bildirib ki, Azərbaycan borc alan ölkədən bor verən ölkəyə çevrilib.
O bildirib ki, Azərbaycan xarici ölkələrə investisiyalar qoyur: "Bu gün Azərbaycanın 50 milyard dollara qədər valyuta ehtiyatı var. Bütün bunlar Azərbaycanda aparılan məqsədyönlü siyasət, struktur isahatları nəticəsində mümkün olub".