Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

29 dekabrda “Aşıq Pəri məclisi”nin konserti olacaq

29 dekabrda “Aşıq Pəri məclisi”nin  konserti olacaq

Tarix: 20 Dekabr 2019 14:42

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi davam edir.

Layihə çərçivəsində 29 dekabr saat 19:00-da “Azərbaycan qadın aşıqları” silsiləsindən “Aşıq Pəri məclisi”nin konserti təqdim olunacaq. Tədbir “Aşıq Pəri məclisi”nin yaradıcısı mərhum şairə Narınc Xatunun yaradıcılığına həsr olunub.

Qeyd edək ki, BMM-nin “Aşıq musiqisi axşamları” layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür.

Ərtaflı məlumat üçün BMM-nin Facebook və İnstagram səhifələrini izləyin.


Etiketlər:  29 dekabrda Aşıq Pəri məclisinin konserti olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ