Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azyaşlı qız və oğlanlara təcavüz edib ölkədən qaçdılar - Əsgərlərlə bağlı BİABIRÇI FAKT

Azyaşlı qız və oğlanlara təcavüz edib ölkədən qaçdılar - Əsgərlərlə bağlı BİABIRÇI FAKT

Tarix: 20 Dekabr 2019 23:24

Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qoşunlarının əsgərləri Haitidə olduğu dövrdə iyrənc əməllər törədib.

Sonxeber.net xəbər verir ki, əsgərlər gənc qızlara və azyaşlı oğlanlara təcavüz edib.

Birminqem və Ontario Universitetlərinin araşdırmaçıları Haitidə 2500 nəfərlə görüşərək Sülh Ordusunun təsirlərini araşdırıb. "The Conversation" adlı akademik saytda yayımlanan araşdırmanın nəticələrinə görə, 11 yaşlı qızlar cinsi istismarın qurbanı olaraq hamilə qalıb. Səfalət içində, təkbaşına uşaqlarını böyütmək məcburiyyətində olublar.

Hamiləliyin ortaya çıxmasından sonra həmin əsgərlər öz ölkələrinə geri göndərilib.

265 nəfər BMT əsgərlərinin qızlara təcavüz etməsindən danışıb. Haitili evli kişi isə bu sözləri deyib: "Buraya gəlib qadınlarla yatır, öz ehtiyaclarını qarşılayırlar. Daha sonra onlara 5 dollar verib gedirlər".


Etiketlər:  Azyaşlı qız oğlanlara təcavüz edib ölkədən qaçdılar Əsgərlərlə bağlı BİABIRÇI FAKT


RƏYLƏR