Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 08:44
Bakının Binəqədi rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə "Gənclər şəhərciyi" yaşayış massivinin yaxınlığında qeydə alınıb.
Minik avtomobili 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Adil qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu qoyulub.