Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın qeyri-neft ixracının üçdə bir hissəsindən çoxu Rusiyanın payına düşür

Azərbaycanın qeyri-neft ixracının üçdə bir hissəsindən çoxu Rusiyanın payına düşür

Tarix: 21 Dekabr 2019 12:04

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan 15,98 milyard dollar həcmində mal ixrac edib.

Sonxeber.net bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, ixracatın 29,4 faizi İtaliya, 13,8 faizi Türkiyə, 6,9 faizi İsrail, 5,7 faizi Hindistan, 4,9 faizi Almaniya, 4,2 faizi Çin və İspaniya, 3,4 faizi Rusiya, 3,2 faizi Fransa, 2,9 faizi Gürcüstan, 2,8 faizi Çexiya, 2,3 faizi Böyük Britaniya, 2,1 faizi Portuqaliya, 1,9 faizi Ukrayna və 12,3 faizi digər ölkələrin payına düşür.

Qeyri-neft sahəsində ixrac olunan məhsulun 33,9 faizi Rusiya, 20,6 faizi Türkiyə, 9,4 faizi İsveçrə, 8,4 faizi Gürcüstan, 2,5 faizi Ukrayna, 2,3 faizi İtaliya, 2,2 faizi Çin və Yunanıstan, 1,4 faizi İran və Niderlandın payına düşüb.


Etiketlər:  Azərbaycanın qeyri neft ixracının üçdə hissəsindən çoxu Rusiyanın payına düşür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ